Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola zədəli futbolçusu Erlinq Haalandın durumu ilə bağlı danışıb.
QOL.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında deyib:
"Həkimlər mənə dedilər ki, Haaland 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq. Buna görə də, ümid edirəm ki, mövsümün sonuna və Klublararası Dünya Çempionatına qədər o, hazır olacaq" - deyə Qvardiola bildirib.
Qeyd edək ki, Haaland bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 40 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.