Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mançester Siti”nin futbolçusu Rodri zədələnib.
Futbolpress.az xəbər verir ki, ispan yarımmüdafiəçi Klublararası Dünya Çempionatında “Əl Hilal”la 1/8 final matçında (3:4) sıradan çıxıb.
Rodrinin son durumu tibbi müayinədən sonra bilinəcək. İlkin rəylərə görə o, bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Rodri zədə səbəbindən ötən mövsümün böyük hissəni buraxmışdı. O, mövsümün sonlarında bərpa olmuş və meydana çıxmışdı.