Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Zədəli Ronaldodan xəbər var - Şəkil
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Pro Liqasının 25-ci turu çərçivəsində keçiriləcək "Neom"la matçdan öncə paylaşım edib.
QOL.az xəbər verir ki, portuqaliyalı ulduz X hesabında foto paylaşaraq bu sözləri yazıb:
"Bərpa olunuram və bugünkü oyunu izləməyə hazıram. İrəli, Əl-Nəsr!".
Xatırladaq ki, Ronaldo ötən turda "Əl-Feyha" ilə görüşdə (3:1) zədələnib və müalicə üçün Madridə yollanıb. Hazırda "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında 25 oyundan sonra 61 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Aktivində 32 xalı olan "Neom" isə səkkizinci sıradadır.