Zədəli və xəstə oyunçularımız var Vaqif Cavadov

25.01.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Sabah"la 0:0 hesabı ilə bərabərə qaldığı oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

"Mübarizəli oyun oldu. Komandama əzmkarlığa görə təşəkkür edirəm. Zədəli və xəstə oyunçularımız var. Komanda bu situasiyada belə bir rəqibə qarşı yaxşı futbol oynadı. Əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Amma 1 xala görə də futbolçulara alqış düşür. Növbəti oyunlarda da belə əzmkarlıq olsa, ancaq qələbəyə doğru gedəcəyik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью