Icma.az bildirir, Apasport portalına istinadən.
"Qalatasaray" Rafa Silvanın sağlamlıq vəziyyəti ilə bağlı məlumat yayıb.
Apasport.az xəbər verir ki, oyunçunun dünən keçirilən MRT müayinəsində onun bel ağrılarını izah edəcək hər hansı patoloji dəyişiklik aşkarlanmayıb.
Buna baxmayaraq, futbolçu bel ağrılarının davam etdiyini bildirərək bugünkü məşqdə də iştirak etməyib.
Futbolçuya tibbi heyətimiz tərəfindən yüngül bel ağrısını aradan qaldırmaq üçün müayinə proqramı hazırlanaraq tətbiq olunacaq. Bu proqram oyunçuya və onun menecerinə də yazılı şəkildə göndərilib.
Qeyd edək ki, portuqaliyalı futbolçu bir müddətdir ağrılarını səbəb göstərərək komanda məşqlərində iştirak etmirdi.
İslam Oyunları: Təmsilçilərimiz bu gün 4 növdə mübarizə aparacaqlar Dik Advokaat tarix yazdı – Kurasao ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı DÇ-2026: Haland seçmə mərhələnin bombardiri olub “Barsa” 19 yaşlı braziliyalı hücumçunu istəyir “Real”ın hücumçusu Premyer Liqa klublarının hədəfində