Zədəsi transferinə mane ola bilər

27.06.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Zədəsi transferinə mane ola bilər

"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte DÇ-2026-da Uruqvay millisinin heyətində keçirdiyi matçda zədələnib. 

QOL.az xəbər verir ki, "Mirror" nəşrinin məlumatına görə, bu zədə futbolçunun yay transferi planlarına mane ola bilər. O, Uruqvayın İspaniyaya 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada sıradan çıxıb. Matçın ilk hissənin sonlarına yaxın 25 yaşlı Uqarte Pedrini saxlamağa çalışarkən komanda yoldaşı Matias Olivera ilə toqquşub və dizindən zədə alıb. O, meydanı xərəkdə tərk etməli olub.

Qeyd edək ki, "Mançester Yunayted" ötən mövsüm gözlənilən performansı göstərməyən Uqarteni dünya çempionatından sonra satmağı planlaşdırırdı. Lakin Manuelin zədəsinin ciddi olduğu təqdirdə, bu keçidin baş tutması çətinləşəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью