Zəfər baharının ilk qaranquşları 20 Yanvar şəhidləri | Icma.az
Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaralı uşaqlığımızdan qalib yaddaşımıza Qanlı Şənbə gecəsi — mənim və yaşıdlarımın uşaqlıq yaddaşında 20 Yanvar bir tarixdən çox, bir travma kimi həkk olunub.
Sahildən gələn gəmi siqnalları, qaranlığı yarıb keçən siren səsləri, televiziya studiyasının partladılması xəbəri… O gecə qorxu ilk dəfə bu qədər real, bu qədər yaxın idi.
Uşaqlıq zehnimiz o gecə təhlükəsiz olmadığını anladı. Qanlı Şənbə gecəsi — başımıza özü boyda qara yaylıq bağlanan gecə idi.
Analarımızın, bacılarımızın göz yaşları ilə susdurulan gecə… O gecə təkcə insanları yox, bir millətin uşaqlığını yaraladı.
Qorxu ilk dəfə ana səsi qədər doğma oldu. Səhəri gün Bakı qana bələnmiş halda oyandı.
Küçələrdə səssizlik hökm sürürdü, amma bu sükutun içində bir şəhərin boğulan fəryadı vardı.
İnsanların baxışlarında çaşqınlıqla yanaşı, ağır bir dərd, izahı çətin olan itki hissi oxunurdu.
Tam oxu
Xəbəri oxu