Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb.
Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.” Dövlət
25 oktyabr Qubadlı Şəhəri Günüdür. Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi böyük strateji üstünlüyü təmin etdi.
Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi.
Çünki Laçın rayonuna gedən yol Ermənistanın dövlət sərhədinin yanı ilə keçir.
Ona görə hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir.
Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird, Səfiyan və Türklər kəndi azad edildi və eyni zamanda, strateji yüksəkliklər ələ keçirildi.