Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb RƏY | Icma.az
Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir.
Şuşanın işğaldan azad edildiyi gün həm də II Qarabağ müharibəsində həlledici manevr oldu.
Böyük tarixi əhəmiyyət kəsb edən bu gün 44 günlük mübarizənin pik nöqtəsi idi.
Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Millət vəkili qeyd edib ki, 44 günlük hərbi əməliyyatlarımızdakı zəfərimiz Ali Baş Komandanın “Dəmir Yumruq” siyasəti və rəşadətli Azərbaycan ordusunun mübarizə ruhu, qələbə əzmi ilə yaşayan Azərbaycan vətəndaşının vəhdətinin nəticəsi idi.
Bu qələbə 29 il təcavüzə məruz qalmış torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı həm də regionun inkişafı üçün yeni imkanlar yaratdı.
Ali Baş Komandan İlham Əliyevin hərbi strategiyası ilə “Zəfər” adlı zirvəni fəth etdik.
Tam oxu
Xəbəri oxu