Azertag saytına istinadən Icma.az xəbər verir.
İstanbul, 7 noyabr, AZƏRTAC
Türkiyənin Eskişehir vilayətində Azərbaycanın Zəfər Günü “44 günlük şanlı Qarabağ Zəfəri” proqramı ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Eskişehirin Rəngləri Platformu, Eskişehir Azərbaycanlılar Dərnəyi (ESAZDER) və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının əməkdaşlığı ilə baş tutan proqram bir dəqiqəlik sükut, Türkiyə ilə Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Eskişehirin Rəngləri Platformunun rəhbəri Oral Büyüksarı və ESAZDER-in sədrinin müavini Sirac Yaquboğlu günün Zəfər Gününün əhəmiyyətindən danışıblar. Çıxışlarda Türkiyə ilə Azərbaycan arasındakı həmrəyliyin tarixi köklərinə də toxunulub.
Proqramın bədii hissəsində Azərbaycan mədəniyyətini və milli dəyərlərini əks etdirən müxtəlif çıxışlar təqdim olunub.
Proqramın sonunda danışan ESAZDER-in sədri Cavid Aydın Vətən müharibəsinə gedən yolda Azərbaycan xalqı, dövləti və şanlı Ordusunun nümayiş etdirdiyi birlik və həmrəyliyə xüsusi diqqət çəkib.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul