Azertag saytına istinadən Icma.az xəbər verir.
Tbilisi, 5 noyabr, AZƏRTAC
Azərbaycanın Zəfər Günü qonşu Gürcüstanda da silsilə tədbirlərlə qeyd olunacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin hazırladığı tədbirlər planına uyğun paytaxt Tbilisidə, eləcə də regionlarda Zəfər Gününə həsr olunmuş teatr tamaşaları, dəyirmi masa, konfrans və seminarlar təşkil ediləcək.
Tədbirlər planına uyğun olaraq ilk tədbir noyabrın 6-da keçiriləcək. Tbilisidə səfirliyin təşəbbüsü və AZEB-inin dəstəyi ilə “Era Tatrı” tərəfindən hzırlanmış “Koordinat 44” adlı tamaşa nümayiş etdiriləcək.
Dekabrın 7-də isə Marneulidəki Azərbaycan Evi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə “Zəfərdən Doğan Qürur” adlı iki hissədən ibarət təntənəli tədbir keçiriləcək.
Bundan başqa, yenə də paytaxt Tbilisidə, Bolnisi, Qardabani, Marneuli və digər bölgələrdəki Azərbaycan icma mərkəzlərində Zəfər Gününə həsr edilmiş tədbirlər təşkil olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi