Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Zəfər Günü ilə əlaqədar 8, 9, 10 və 11 noyabrda Bakı-Ağstafa-Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
"Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə səfər edə bilərsiniz. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar", - deyə məlumatda qeyd olunub.