Zəfər Günü münasibətilə Rustavidə Heydər Əliyevin abidəsi ziyarət olunub

08.11.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Azərbaycanın Gürcüstandakı hərbi attaşesi Arzu Həsənov və digər şəxslər 8 Noyabr - Zəfər Günü münasibətilə Rustavi şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

BAKU.WS report-a istinadən xəbər verir ki, ziyarət zamanı Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.

Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfərin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası və milli birlik siyasətinin davamı olaraq Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə ərazi bütövlüyünü bərpa edib.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью