Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bayram tədbirləri keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hər beş rayonda şəhidlərin məzarları ziyarət olunub.
Ziyarət zamanı çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan bütün qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək, onların göstərdikləri misilsiz şücaətin xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıblar.
Səhər saatlarından başlayan ziyarət rayon ictimaiyyəti tərəfindən günün sonunadək davam etdirilib.
Qeyd olunan rayonlarda tanınmış incəsənət ustalarının təqdimatında konsert proqramı keçirilib.
Qalereya