Zəfər gününə həsr olunmuş yarış keçirildi FOTOLAR

09.11.2024

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Azərbaycan Autizm Assosiasiyası, Azfest Group və “Bocce Azərbaycan” İdman Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan Autizm Assosiasiyasına üzv olan qurumlar arasında “8 Noyabr Zəfər Gününə” həsr olunmuş Bocce yarışı keçirilib. 

Fanat.Az xəbər verir ki, yarışda 20 komanda iştirak edib. 

Maraqlı və qarşılıqlı mübarizə şəraitində keçən mübarizənin sonunda qaliblər və iştirakçılar mükafatlandırılıb.

1-ci yeri Loqos Psixoloji və Nitq Mərkəzi tutub. Bakı Autizm İdman Klubu 2-ci, Osmanlı Xüsusi Yaşam Mərkəzi isə 3-cü olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью