Zəfər Gününü Ağdamda qeyd edin! ADY əlavə reyslər təyin etdi

22.10.2025

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Ağdam-Bakı marşrutu üzrə 9 noyabr tarixində əlavə qatar reysləri təyin edir.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun feysbuk səhifəsində paylaşım edilib.

"Bu marşrut üzrə 8 və 9 noyabr tarixlərində hər iki istiqamətdə səfər edə bilərsiniz.

Bayrağımızın qürurla dalğalandığı Qarabağa getmək üçün biletinizi dəmiryol kassalarından, saytımızdan və “ADY Mobile” tətbiqindən elə indi alın", - deyə ADY-nin paylaşımında deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью