“Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının açılışı olub

08.11.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 noyabr, AZƏRTAC

Binə Atçılıq Mərkəzində Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra atların paradı və konsert proqramı təşkil olunub.

Yarış 1200 metrdən 3200 metrədək müxtəlif məsafələrdə 14 kateqoriya üzrə keçirilir.

Operator - Ceyhun Mustafayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью