Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Binə Atçılıq Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku” uğrunda yorğa qaçışlarına start verilib.
Futbolpress.az xəbər verir ki, ölkənin müxtəlif bölgələrindən gətirilən yorğa atlar 1200-3200 metr məsafələrdə, ümumilikdə 14 kateqoriya üzrə qüvvələrini sınayırlar. Artıq ilk məsafələrin qalibləri müəyyənləşib.
1400 metr distansiyada Bakı təmsilçisi Murad Həsənlinin idarə etdiyi “Karatay”, 1600 metr məsafədə Gəncədən olan Xəlil Allahverdiyevin “Kabus”, 1650 metr yarışında isə Xocalı təmsilçisi Vaqif Abdurahmanovun “Cəllad” ləqəbli atı finişə birinci çatıb.
Qaliblərə kubok, medal və fəxri diplomlar təqdim olunub.