Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müzəffər Azərbaycan Ordusu bu gün 108 yaşını qeyd edir. 1918-ci il iyunun 26-da Milli Silahlı Qüvvələrimizin yaradılması ölkəmizdə ordu quruculuğunun şanlı səhifəsini açmışdır. Çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son verilməsi ilə Azərbaycanda milli ordu quruculuğunun formalaşması yarımçıq qalaraq bir əsr geriyə düşdü.
Dövlət müstəqilliyini bərpa edən Azərbaycan Xilaskar Lideri Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildən sonra güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik Silahlı Qüvvələr formalaşdırdı.
Peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdı, döyüş qabiliyyəti yüksəldi, maddi-texniki bazası möhkəmləndirildi. Silahlı Qüvvələrimiz modernləşdirildi, ən qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırıldı.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində isə Ordumuzun peşəkarlığının və döyüş qüdrətinin artırılması istiqamətində dayanmadan fasiləsiz addımlar atıldı. Qardaş Türkiyə ilə birgə hərbi təlimlərin keçirilməsi, Ordumuzun Türkiyənin NATO-da böyük nüfuz qazanmış Türk komandosları ilə çiyin-çiyinə döyüş hazırlıqları həyata keçirməsi, ən son nəsil hərbi silah-sursatların alınması və Milli döyüş qüdrətinin güclənməsi Azərbaycan Ordumusunun faşist Ermənistan üzərində şanlı Qələbəsini təmin etdi.
Ordumuz 44 günlük Vətən müharibəsində və 2023-cü il birgünlük anti-terror əməliyyatı ilə 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü, Konstitusuya quruluşumuzu tamamilə bərpa etdi,
Zəfərdən sonra daha da möhkəmlənən Ordu quruculuğuna əsasən, ən müasir hərbi birliklər –Komandoslar yaradılır, hərbi texnika parkı daha da müasirləşdirilir.
Bu əsiz gündə bizə parlaq Qələbəni qazandıran şəhidlərimizin ruhu qarşısında baş əyir, onların aiələlərinə Allahdan səbr diləyirəm, igid Qazilərimizə sonsuz minnətdarlığımı bildiriəm.
Yaşasın Yenilməz Azərbaycan Ordusu, yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev!
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor