“Zəfər qoxulu 5 il” adlı tədbir keçirildi Fotolar+Video

09.11.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UNEC nəzdində Qida Sənayesi Kollecində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər qoxulu 5 il” adlı ədəbi-bədii tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Vətən müharibəsində qazanılan tarixi Qələbəmizin 5 illiyinə həsr olunub.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışını kollecin direktoru Sevinc Həmzəyeva edib. O, çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi və qürurverici əhəmiyyətindən danışıb, bu Qələbənin memarlarına – qəhrəman şəhidlərimizə və qazilərimizə minnətdarlığını bildirib.

Tədbirdə şəhid anaları, müharibə veteranları, qazilər, müəllim və tələbə kollektivi iştirak edib. Onlar öz təəssüratlarını bölüşüb, Vətən uğrunda canından keçən igid oğullarımızın şərəfli döyüş yolundan danışıblar.

Tələbələr və müəllimlər tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri tədbirə xüsusi rəng qatıb.

Sonda şəhid ailələrinə və qazilərimizə dərin minnətdarlıq ifadə olunub, Azərbaycan Ordusunun qəhrəmanlığı və Zəfərimizin əbədi olması bir daha vurğulanıb.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью