Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Masallı rayon Onbirillik İncəsənət Məktəbində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, eləcə Masallı rayon Onbirillik İncəsənət Məktəbinin birgə təşkilatçılığı sayəsində keçirilən "8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Zəfər rənglərdə” adlı rəsm sərgisi böyük maraqla qarşılanıb.
Sərgiyə gələn qonaqlar istedadlı yeniyetmə və gənclərin Zəfər Gününə həsr olunmuş rəsm əsərləri ilə tanış olub, onların yaradıcılıq nümunələrinə baxış keçiriblər. Təqdim olunan əsərlərdə Vətənə sevgi, milli qürur, qəhrəmanlıq, tarixi Zəfərimiz və torpaqlarımızın azadlığı mövzuları rənglərin dili ilə əks olunub.
Tədbirin sonunda sərgidə fəal iştirakına və yaradıcılıq nümunələrinə görə yeniyetmə və gənclərə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilib.
Tural Əliyev,
Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi