“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

06.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağdam, 6 noyabr, AZƏRTAC

Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş “Zəfər sədası” adlı şeir müsabiqəsi keçirilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 15 yaşadək məktəblilərin iştirak etdiyi müsabiqədə Zəfər Gününə, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə, Vətən sevgisinə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib. Hər məktəbdən münsiflər heyətinin seçimi əsasında ən yaxşı şeir söyləyən bir şagird müəyyənləşdirilib.

Müsabiqənin əsas məqsədi məktəblilər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, Vətənə məhəbbət, qəhrəmanlıq və Zəfər tariximizin gənc nəsil arasında təbliği, həmçinin şagirdlərin bədii qiraət bacarıqlarının inkişaf etdirilməsidir.

Müxbir – Tahir Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью