Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qlobal geosiyasi nizamın sarsıldığı, köhnə təhlükəsizlik təsisatlarının iflic olduğu bir dünyada Cənubi Qafqazda yeni bir güc mərkəzi və sabitlik adası formalaşır.
Bu tarixi transformasiyanın mərkəzində isə otuz illik işğala son qoyan, regionun geosiyasi arxitekturasını yenidən cızan və Azərbaycanı qalib dövlətdən qlobal aktora çevirən strateji baxış dayanır: Prezident İlham Əliyev faktoru.
Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və son 22 ildə novatorcasına inkişaf etdirilən bu siyasət, Azərbaycanın tarixi zəfərlərlə möhkəmlənən yeni erasının memarlığıdır.
Zəfərin əsasları: Hərbi qüdrətdən diplomatik təntənəyə Azərbaycanın son illərdəki yüksəlişinin təməlində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər dayanır.
Lakin bu qələbə anidən yaranmadı; o, uzunmüddətli, düşünülmüş ordu quruculuğu strategiyasının məntiqi nəticəsi idi.
Bu dövrdə Azərbaycan Ordusunun döyüş qabiliyyəti davamlı artırıldı, maddi-texniki baza tamamilə modernləşdirildi və 1300-dən çox adda məhsul istehsal edən güclü müdafiə sənayesi quruldu.
Nəticədə, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına yüksəldi və öz gücünü həlledici döyüşlərdən əvvəl də dəfələrlə nümayiş etdirdi.