Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Qarabağın incisi Şuşamız yenidən toy-büsata büründü.
28 illik zamandan sonra yenidən öz həyatına qovuşan Şuşada bir-birindən fərqli məzmunda keçirilən tədbirlərə saysız insanlar toplaşır.
Dili, irqi fərqli olan insanlar bu məkanın gözəlliyini duyur.
Erməni işğalından azad olan qədim şəhər hər birimiz üçün and yerinə, müqəddəs məkana çevrilib. Şuşa yenidən başqa bir ab-havanı yaşadı.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada növbəti dəfə Vaqif Poeziya Günləri təşkil olunub.
Tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Əlbəttə ki, Vaqif Poeziya Günlərinin Şuşada artıq beşinci dəfə keçirilməsi mühüm hadisədir.
Tədbirin ardıcıl və davamlı şəkildə təşkil olunması mədəniyyətimizə verilən yüksək dəyərin göstəricisidir.