“Zəfər Yolu”nda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət etmək üçün elektron tərəzi quraşdırılır

16.11.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Zəfər Yolu”nda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət etmək üçün elektron tərəzi quraşdırır.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması işləri davam etdirilir.

Bu çərçivədə ”Zəfər Yolu”nun 21.4-cü kilometrində elektron tərəzinin quraşdırılmasına başlanılıb.

Avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır. 1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb.

Layihənin 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью