Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq. Zəfəran dünyanın ən qiymətli ədviyyatlarından biridir və sağlamlıq üçün çox faydası va
Yetişdirilməsi çətin olduğundan baha başa gəlir. 1 kiloqram zəfəran əldə etmək üçün, təxminən, 150 min zəfəran çiçəyi toplamaq lazımdır.
Bu səbəbdən dünyanın ən bahalı ədviyyatları sırasına daxil edilib. Onun dəyərini faydalılığı birə-beş artırır.
Güclü antioksidant tərkiblidir. Hüceyrələri stresdən qoruyaraq yaşlanmanın qarşısını alır. Əhval-ruhiyyəni və yaddaşı yaxşılaşdırır.
Depressiya və narahatlıqdan azad olmağa kömək edir. Beyində serotonin səviyyəsini artıraraq xoşbəxtlik hissi verir.
Alzheimer və parkinson kimi nevroloji xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Göz xəstəliklərinin inkişafını ləngidir.
İmmunitet sistemini dəstəkləyərək orqanizmi xəstəliklərdən qoruyur. Mədəyə sakitləşdirici təsir göstərir.
Həzmi asanlaşdırır və mədə turşusunu tarazlaşdıraraq qastritdən qoruyur. Xolesterol səviyyələrini tarazlayaraq damarı sağlam saxlayır.