Zəfərə gedən yolun zirvəsi ‒ Şuşa Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və m…
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
28 il Ermənistan Silahlı Qüvvələrinin əsarətində qalan Şuşa şəhərinin azad edilməsi Azərbaycan tarixinin ən şanlı qələbəsi, qürurverici səhifəsidir.
Sentyabrın 27-də başlayan Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin ən ali zirvəsi və Ermənistanın kapitulyasiyasına aparan yolun son dayanacağı məhz Şuşa Zəfəridir.
Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin son akkordlarından biri olmaqla, işğalçı dövlətin təslim aktını imzalamasına səbəb oldu.
Bu baxımdan noyabrın 8-i Azərbaycanın müasir tarixində xüsusi əlamətdar yer tutur.
Bu tarixi-siyasi hadisənin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, noyabrın 8-i Şuşa Şəhəri Günü kimi təsis olunub.
Şuşa hər zaman Azərbaycanın tarix və mədəniyyət simvolu, Qarabağın baş tacı olub.
Vaxtilə Ulu Öndər Heydər Əliyev deyirdi ki, "Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir”.
Tam oxu
Xəbəri oxu