Zəfərin əbədiyyəti, bayrağın ucalığı

09.11.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Tarixdə elə zəfərlər var ki, yalnız torpaqları deyil, bir xalqın qürurunu, ləyaqətini, illərlə qəlbində yaşatdığı arzularını da azad edir.

8 Noyabr Zəfəri xalqımızın taleyinə yazılmış məhz belə bir tarixi hadisədir.

Bu gün Qarabağın azad səmasında dalğalanan üçrəngli bayrağımızda bir millətin sarsılmaz iradəsi, Vətən sevgisi və şəhidlərimizin ölməz ruhu yaşayır.

O bayrağın ucalığında neçə-neçə yarımçıq qalmış ömür, gerçəkləşməmiş arzular, övlad yolu gözləyən anaların səssiz göz yaşları var…

Onlar bu torpaqda yaşamaq haqqımız uğrunda öz yaşamaq haqlarından keçdilər.

Bizə yalnız azad torpaqlar deyil, başıuca yaşamaq qüruru, gələcək nəsillərə əmanət edəcəyimiz şərəfli bir Vətən qoyub getdilər.

8 Noyabr- Zəfər Günümüzün sevincini yaşarkən şəhidlərimizin əziz xatirəsi qarşısında sonsuz ehtiramla baş əyirik.

Oxucularımıza Milli istiqlal şairimiz Əhməd Cavadın “Şəhidlərə” şeirinə görkəmli bəstəkarımız Aygün Səmədzadənin bəstəsini təqdim edirik.

Xatırladaq ki, bu əsər 2020-ci ilin may ayında — pandemiyanın ağır məhdudiyyətləri şəraitində, tarixi Zəfərimizdən hələ altı ay əvvəl ərsəyə gəlmişdi.

O dövrün bütün çətinliklərinə baxmayaraq, böyük zəhmət və fədakarlıqla hazırlanan bu əsərdə Vətən sevgisi, yurd həsrəti, gələcəyə ümid, şəhidlərimizə dərin ehtiram və sonsuz minnətdarlıq xüsusi həssaslıqla ifadə edilmiş, TRT AVAZ kanalının böyük şairimizin xatirəsinə həsr etdiyi xüsusi layihə çərçivəsində videoçarx şəklində ekranlara təqdim olunmuşdur.

Bu gün həmin musiqini artıq azad edilmiş torpaqlarımızın və ucalan bayrağımızın qüruru ilə dinləyirik.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью