Zəfərin mübarək olsun, can Azərbaycan! Türkiyə DİN

08.11.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

DİN-in "X" sosial şəbəkə hesabında bununla bağlı paylaşım olunub.

"Zəfərin mübarək olsun, can Azərbaycan!

Qarabağın azadlığına qovuşması ilə tarixə yazılan böyük Zəfər, qardaş Azərbaycanın əzminin, cəsarətinin və vətən sevgisinin rəmzidir.

Bu tarixi Zəfərin 6-cı ildönümündə, vətən torpaqları uğrunda can verən əziz şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi minnətdarlıqla yad edirik.

Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığı əbədi var olsun.

8 Noyabr Zəfər Günü mübarək olsun!" – paylaşımda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью