Zəfərlə doğulan yeni Ağdam FOTO

17.11.2026

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

17 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Düzqışlaq kənd” və “Xılxına kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 20 noyabr “Ağdam şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən Ağdamın azadlığı xalqımızın milli iradəsinin, birliyinin və tarixi ədalətin təntənəsinin ifadəsidir. Qarabağın qədim və zəngin tarixə malik şəhərlərindən biri olan Ağdam uzun illər ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatında mühüm yer tutmuşdur. 20 noyabr – Ağdam Şəhəri Günü isə şəhərin azadlıq tarixini, milli yaddaşını və gələcəyə yönəlmiş inkişaf yolunu özündə birləşdirən əlamətdar gündür.

Tədbirdə çıxış edən digər natiqlər – partiya veteranı Alı Mehdiyev və Düzqışlaq kənd tam orta ümumtəhsil məktəbin direktor əvəzi Xədicə Mustafayeva bildiriblər ki, Ağdam Şəhəri Günü yalnız bir şəhərin azadlıq tarixinin qeyd olunması deyil, həm də xalqımızın torpağa bağlılığının, milli həmrəyliyinin və müstəqil dövlət quruculuğunun təcəssümüdür. Bu gün keçmişin ağrı-acılarını unutmadan gələcəyə inamla addımlamağın, quruculuq və inkişaf prosesinin əhəmiyyətini nümayiş etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью