Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Merilend Universitetinin biologiya professoru Şon Kerrollun rəhbərlik etdiyi tədqiqat qrupu çıngıraqlı ilanların öz zəhərinə qarşı təbii dözümlülüyünün mexanizmini üzə çıxarıb. Earth.com saytının verdiyi məlumata görə, ilan qanından ayrılan zülalların kombinasiyası yeni nəsil zərdabların hazırlanmasında mühüm mərhələ ola bilər.
Tədqiqatçılar müəyyən ediblər ki, qandakı FETUA-2 və FETUA-3 zülalları təkbaşına tam müdafiə təmin etməsə də, birgə tətbiq olunduqda qanaxmanı tam dayandırır və metalloproteinaza fermentlərini neytrallaşdırır. Laboratoriya sınaqlarında bu təbii molekul qarışığı mövcud "CroFab" zərdabından kütlə nisbətinə görə təxminən 10 dəfə daha yüksək effektivlik nümayiş etdirib. Tədqiq olunan zülal sahələrinin 50 milyon illik təkamül ərzində demək olar ki, dəyişməz qalması onların ilanların özünümüdafiə sistemindəki həyati rolunu təsdiqləyir.
Alimlər bildirir ki, bu üsul hələlik hazır müalicə vasitəsi sayılmır, çünki sınaqlar zamanı zəhər zülallarla əvvəlcədən qarışdırılaraq vurulub. Preparatın real dişləmələrdən sonra bədənə daxil edilərək təsir göstərməsi və təhlükəsizliyi növbəti mərhələlərdə yoxlanılacaq. Şon Kerroll bu texnologiyanın ilk növbədə ветеринарийada tətbiq olunacağını ehtimal edir.
Hazırladı:
Arzu Əliyeva
XQ