Zəhərlənən 12 uşağın son vəziyyəti

09.10.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə edilən dərman reaksiyası ilə bağlı hadisə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırılır. İstifadə olunan dərman vasitəsindən müvafiq nümunələr götürülüb.

"Bakupost" xəbər verir ki, bu barədə TƏBİB Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verib.

Bildirilib ki, uşaqlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və hər biri diaqnozuna uyğun müalicə alır.

Uşaqlardan dördünün vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən onlar ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd olunub ki, sözügedən uşaqlar hadisədən əvvəl respirator virus infeksiyası səbəbindən xəstəxanada müalicə alıblar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью