Zəhərlənərək ölən qardaş və bacıların FOTOSU

07.03.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, martın 5-də Göygöldə qardaş və iki bacısı zəhərlənərək ölüb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə zamanı 1990-cı il təvəllüdlü S. Müseyibova, 1999-cu il təvəllüdlü S. Hüseynli və onun bacıları - 2000-ci il təvəllüdlü Münəvvər Hüseynova və 2004-cü il təvəllüdlü Xatirə Hüseynova vəfat ediblər.
Qeyd edək ki, bədbəxt hadisə nəticəsində həyatını itirən X.Hüseynova Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsi olub. 
 

25 yaşlı Münəvvər Hüseynova isə Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dərs deyirmiş.


Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью