Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.
Hələ 2500 il bundan əvvəl insanlar sarıkökün güclü müalicəvi xüsusiyyətlərini bilir və onlardan istifadə edirdi.
Qədim təbiblər sarıkökün köməyi ilə ilan sancmaları, zəhərlənmə, bir çox daxili orqan xəstəliklərini, sonsuzluğu müalicə edirdilər.
Müasir elm də sarıkökün profilaktik və müalicəvi xüsusiyyətlərini çox yüksək qiymətləndirir.
Çoxsaylı araşdırmalar sarıkökün xərçəngdən Alsheymer xəstəliyinə qədər effektli olduğunu sübut edib.
Saglamolun.az xəbər verir ki, bir çox araşdırmaların nəticələrinə görə sarıkök xərçəng xəstəliklərinin qarşısını almağa kömək edir.
Bundan əlavə sarıkökdən istifadə xərçəngin müalicəsinin effektliyini artırır.
Bunun səbəbi sarıkökün tərkbində olan "kurkumin" adlı aktiv maddədir.