Zəhərlənmələrlə bağlı telefon zəngləri daxil olur Yeni il qutularına köhnə məhsullar qoyul…
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi uşaqlar üçün içərisində müxtəlif şirniyyatlar olan Yeni il hədiyyə qutuları ilə bağlı xəbərdarlıq edib.
İlk növbədə hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülüb.
İstehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənib-etiketlənmədiyinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliliyinə, eləcə də istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirmək tövsiyə edilib: “Vətəndaşlardan xahiş olunur ki, Yeni il hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər”, - deyə məlumatda qeyd olunub.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, Yeni il hədiyyə qutularını seçərkən onların deformasiya olunmadığına, əzilmədiyinə və korlanmadığına fikir vermək lazımdır.
O bildirib ki, Yeni il hədiyyə qutularının içərisindəki məhsulların təhlükəsizlik sertifikasiyasını da satıcıdan tələb etmək olar: “Hədiyyəlik Yeni il qutularının səsi həmişə bayramdan sonra gəlir.
Zəhərlənmələr, ürək bulanmalar barədə telefon zəngləri daxil olur. Ona görə də bu vəziyyət əvvəlcədən düzəldilməlidir.
Qeyd edim ki, illər keçdikcə vəziyyət yaxşılaşır, əvvəlki illərdə daha keyfiyyətsiz məhsullarla doldururdular bu qutuların içini.
Tam oxu
Xəbəri oxu