Zəhərli meyvələr süfrəmizə necə gəlib çıxır? Mütəxəssis açıqladı

04.11.2025

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Tərkibində zəhərli kimyəvi maddələr (pestisid qalığı) normadan artıq olan məhsullar niyə vətəndaşların süfrəsinə gedib çıxır?

“AzPolitika” bildirir ki, iqtisadçı, aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmli bu suala cavab tapmağa çalışıb.

Ekspert xatırladır ki, Türkiyəyə ixrac üçün nəzərdə tutulan 163,4 ton almada pestisid qalığının normadan artıq olduğu aşkar edilib.

“Bu fakt Azərbaycanda kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi sistemində ciddi boşluqların olduğunun göstəricisidir”, - o əlavə edir..

V.Məhərrmlinin sözlərinə görə, əslində, qanunvericiliyə görə, belə məhsullar dərhal utilizasiya edilməli və ya məhv edilməlidir:“Lakin təəssüf ki, çox vaxt həmin məhsullar daxili bazara yönləndirilir - yəni məhv edilmək əvəzinə, “itkisiz” satılır. Bu isə vətəndaşların sağlamlığını birbaşa təhlükə altına qoyur”.

Mütəxəssis vurğuıayır ki, vəziyyətin belə hal alması bir neçə əsas problemi üzə çıxarıb:“Ölkədə ərzaq məhsullarının təhlükəsizliyinə nəzarət sistemi faktiki olaraq yoxdur. Rəsmi olaraq nəzarəti Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirməlidir, amma onların laboratoriya yoxlamaları çox az ərazini əhatə edir. Bazarlarda, marketlərdə meyvə və tərəvəz məhsulları analiz edilmədən satılır.

Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarlar arasında maarifləndirmə işləri çox zəifdir. İstifadə edilən pestisidlərin keyfiyyəti standartlara uyğun deyil.Bu səbəbdən də kəndlilər lazımı nəticə əldə etmək üçün zəhərli kimyəvi maddələrdən dəfələrlə istifadə etməli olurlar. Belə halda isə istifadə edilən pestisidlərin dəqiq dozasını nəzarətdə saxlamaq mümkün olmur. Bu səbəbdən də əldə edilən məhsullarda zəhərli kimyəvi maddələrin qalığı normadan artıq olur.

İxrac üçün nəzərdə tutulan məhsul yoxlamadan keçsə də, daxili bazara çıxan məhsul üçün nəzarət demək olar yoxdur”.

Vahid Məhhərmli qeyd edir ki, bu, ölkə vətəndaşlarının sağlamlığını ikinci plana atan sistem problemidir.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью