Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Şəkidə 34 yaşlı Zəhra Əliyeva atasının evində qətlə yetirilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı mərhumun qardaşı Rəşad Balaməmmədov Baku TV-yə danışıb.
“Səhər saatlarında yoldaşım zəng edib dedi ki, bacını bıçaqlayıblar, tez evə gəl. Gəlib gördüm, bacım yerdə uzanıb. O, artıq 9 aydır ki, bizimlə qalırdı. Boşanma ərəfəsində idilər, 3-4 ay idi ki, məhkəmə prosesi gedirdi. Həyat yoldaşı 9 aydır axtarışda idi. Uşaqların gözü qarşısında bacımı bıçaqlayıb”, - deyə o bildirib.
Qeyd edək ki, hadisənin onun əri tərəfindən törədildiyi bildirilir. Onların 3 və 13 yaşlı iki övladı var.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə: