Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq. “Qarabağ”, nəhayət, Norveç səfərində tilsimi qıraraq hesabına 3 xal yazdı.“Köhlən atlar”
“Qarabağ” sanki zaman-zaman oyundan qopurdu, təşəbbüsü rəqibə verməli olurdu.
Maraqlıdı, komanda həqiqətən nəticəyə oynadı, yoxsa rəqib güclü idi?Təcrübəli mütəxəssis Aslan Kərimov “Football-plus.az”in sualına belə cavab verdi: “Əslində oyunun gərgin keçəcəyi əvvəlcədən sezilirdi.
Süni meydanda, ümumiyyətlə, “Qarabağ” çox yaxşı görünmür, sərt hava şəraiti də bunun üzərinə gəldi.
Ölkə çempionantında “Turan Tovuz”la oyun da buna işarə idi. Tovuzda da o qədər yaxşı təsir bağışlamamışdılar.
Ümumiyyətlə, “Qarabağ”ın builki çıxışı azarkeşlər tərəfindən çox bəyənilmir. Amma bəzən pis oynayıb qələbə qazanmaq lazım gəlir.
Çünki istənilən halda bu turnirdə yola davam etmək istəyirsənsə, xallara ehtiyac var.
Bəlkə də oyunun belə alınmasının əsas səbəblərindən biri ön xətdəki oyunçularının passivliyi idi.