Zəka Mirzəyev vətəndaşları dinləyəcək

06.08.2026

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

DSMF-nin sədri Tovuzda vətəndaş qəbulu keçirəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev avqustun 21-də saat 11:00-da Tovuzda rayon sakinlərini qəbul edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə DSMF-dən bildirilib.

 “Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, avqustun 13-dək fondun Tovuz rayonunda yerləşən Qazax-Tovuz Regional Filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, [email protected] elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz”, - deyə məlumatda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью