“Zəkaların mübarizəsi”nin regional mərhələsi keçirildi Fotolar | Icma.az
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aprelin 23-də Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə həyata keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi üzrə bilik yarışı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat paylaşıb.
Bildirilib ki, yarış Bakı şəhəri və Naxçıvan MR daxil olmaqla 14 müxtəlif regionda təşkil edilib və Bakı şəhərinin hər bir rayonundan 1 komanda olmaqla 12 komanda, Naxçıvan MR-dan 12 komanda, bütün regionlardan isə 64 komanda olmaqla, ümumilikdə hər bir sahə üzrə 88 komanda iştirak edib.
Bilik yarışı üzrə finalda iştirak hüququ əldə edən komanda sayı 18, iştirakçı sayı isə 108 nəfər olub.
Olimpiadanın bilik yarışında məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə sualları cavablandırıblar.
Regional mərhələ üzrə şahmat turnirində 12 müxtəlif regiondan 1 qalib komanda, Bakı şəhərindən 5 ən yaxşı komanda, Naxçıvan MR-dan 1 komanda olmaqla cəmi 90 iştirakçıdan ibarət 18 komanda final mərhələdə iştirak hüququ qazanıb.
Olimpiadanın final mərhələsində aşağıdakı rayon və şəhərlərdən olan komandalar iştirak edəcəklər: Bilik yarışı istiqaməti üzrə: Bakı şəhərinin Xəzər, Nəsimi, Yasamal, Xətai, Nərimanov rayonları, Gəncə, Naxçıvan, Mingəçevir, Şəki şəhərləri, Abşeron, İsmayıllı, Lerik, Saatlı, Bərdə, Qazax, Qusar, Zəngilan, Neftçala rayonları.
Tam oxu
Xəbəri oxu