Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Yüksək intellektli insanlar şəxsi həyatlarının bütün detallarını başqaları ilə bölüşmürlər. Onlar xüsusilə planlarını, zəif tərəflərini və maliyyə vəziyyətlərini kimə etibar edəcəklərini diqqətlə seçirlər.
Moderator.az “YourTango” nəşrinə istinadən xəbər verir ki, ağıllı insanların özləri haqqında gizli saxlamağa üstünlük verdikləri yeddi mövzu müəyyənləşdirilib.
1. Böyük arzular və həyat məqsədləri
Ağıllı insanlar gələcək planlarını hər kəslə bölüşmürlər. Çünki başqalarının tənqidi, lağlağısı və mənfi münasibəti onların motivasiyasına təsir göstərə bilər.
2. Qərarlar və gələcək planlar
Onlar qərarlarını həyata keçirmədən əvvəl açıqlamağa tələsmirlər. Beləliklə, lazımsız məsləhətlərdən və müdaxilələrdən uzaq qalırlar.
3. Şəxsi komplekslər və özünə inamsızlıq
İnsanlar bəzən başqalarının zəif tərəflərindən istifadə edə bilərlər. Buna görə də ağıllı insanlar daxili narahatlıqlarını yalnız etibar etdikləri şəxslərlə bölüşürlər.
4. Başqalarının sirləri
Etibar edilən məlumatları qorumaq onlar üçün vacibdir. Başqalarının şəxsi həyatını müzakirə etməkdən və dedi-qodulardan uzaq dururlar.
5. Şəxsi münasibətlərin detalları
Sevgi həyatı və keçmiş münasibətlər hər kəslə müzakirə ediləcək mövzular deyil. Ağıllı insanlar bu barədə yalnız yaxınlarına danışmağa üstünlük verirlər.
6. Həddindən artıq sərt fikirlər
Onların güclü mövqeləri olsa da, hər fikri hər yerdə səsləndirmirlər. Qarşı tərəfi incitməmək üçün sözlərini və ifadə tərzlərini seçirlər.
7. Maliyyə vəziyyəti
Əməkhaqqı, gəlir və şəxsi sərvət barədə məlumatları gizli saxlamağa üstünlük verirlər. Çünki bu məlumatların başqaları tərəfindən sui-istifadə edilə biləcəyini düşünürlər.