Zəki Mürən vəfatının 30 cu ildönümündə yad edildi

25.09.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Türk sənət musiqisinin görkəmli ifaçısı Zəki Mürən vəfatının 30-cu ildönümündə Bodrumda təşkil olunan konsertlə yad edilib.
Kulis.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Məhmətçik Fondu və Türkiyə Təhsil Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən anım proqramına sənətçinin pərəstişkarları böyük maraq göstərib.
Muğla Böyükşəhər Bələdiyyəsi Kent Orkestrinin müşayiəti ilə solist Süleyman Öztaş və müğənni Gökhan Sezen səhnə alaraq Zəki Mürənin sevilən əsərlərini ifa ediblər.
Zalın tam dolması səbəbindən bəzi tamaşaçılar konserti ayaqüstə izləyiblər.
Qeyd edək ki, anım gecəsində rəsmi şəxslər, fond rəhbərləri və çoxlu sayda musiqisevər iştirak edib.

Yaponiyada fotoqrafiya sərgisi keçirildi Qırğızıstanın ən böyük 5 yazıçısı – Çingiz Aytmatov və digərləri "Sağalırlarsa, Məryəm Ananın mərhəmətidir, ölərlərsə, bizim günahımızdır..." - İtalyan yazıçıdan sitatlar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью