Zeleniski mənə Cavad Xanı xatırladır AĞALAR BAYRAMOV

01.03.2025

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Volodomir Zeleniskinin Ağ Evdə Prezident Donald Trampla mübahisəsi dünyada böyük marağa səbəb olub.

Ukrayna liderinin ABŞ prezidentinin qarşısında sərgilədiyi mövqe bir daha onun qəhrəman obrazını yaradıb.

Gununsesi.info bildirir ki, dünən gecə yaşanan bu olay sosial şəbəkələrin Azərbaycan seqmentində də əsas müzakirə mövzusu olub.

Azərbaycanlı aktyor, əməkdar artist Ağalar Bayramov sosial şəbəkə hesabında Zeleniskini Cavad Xanla müqayisə edib.

O, yazır:

Ölümünu belə göz altına alıb, xalqının mənafeyini , qürurunu hər şeydən uca tutan , çoxlarının dodaq büzdüyü Zelenskinin , dünya nəhəngi – makler Trampın qarşısında sərgilədiyi mövqeyi , mənə , 1803- cü ildə Gəncədə azğın Sisyanova Cavad xanın sərt cavabı, Dağıstanda Şeyx Şamilin çar generallarına qarşı apardığı mübarizə, Cövhər Dudayevin böyük Vətən sevgisi, Masxadovun Kremldə Yeltsini yerində oturtması, sayın Ərdoğanın Türkiyəyə qənim kəsilənlərə kəskin cavabı, Saakaşvilinin haqq- ədalət uğrunda çarpışmasını xatırlatdı…
P.S . Başı gödənindən aşağı olan, həyata mədəsinin gözü ilə baxanlar , üzdə məğrur gəzə-gəzə, arxada misgin həyat sürərək, ” siyasət” adı altında söz üyüdünlər Zelenskinin nələr çəkdiyini heç cürə dərk edə bilməzlər…

Afət Abbasova 

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью