Zelenskayanın çıxışı ləğv edildi

20.11.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın Sloveniyanın Lyublyana Universitetindəki çıxışı naməlum səbəblərdən ləğv olunub.

Bu barədə Sloveniya Teleqraf Agentliyi (STA) məlumat yayıb.

Bildirilib ki, Zelenskaya bu gün ukraynalı tələbələrə köməklik göstərilməsi ilə bağlı fəaliyyətlərlə tanış olmaq üçün Lyublyana Universitetinə səfər edib. Amma onun Siyasi Elmlər fakültəsindəki çıxışı ləğv edilib. 

Məlumata görə, bir qədər əvvəl Ukraynanın birinci xanımı Sloveniya Prezidenti Nataşa Pirk-Musardın əri Aleslə birlikdə Milli Universitetin Kitabxanasında olub. Həmin vaxt naməlum şəxs Moskvanın Rusiya-Ukrayna münaqişəsində qalib gəldiyini qışqırmağa başlayıb.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью