Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi sənaye kompleksi ilə əməkdaşlıq edən 148 şəxs və şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, iki sanksiya paketinə 81 fiziki şəxs və 67 şirkət daxil edilib.
Siyahıda döyüş dronları və robotlaşdırılmış platformaların tərtibatçıları, “İskəndər” və “Oreşnik” raketləri üçün ehtiyat hissələri istehsal edən müəssisələr, eləcə də Rusiyanın hərbi zavodlarını avadanlıqla təmin edən şirkətlər yer alıb.
Xüsusilə “Sapsan”, “Mavitekh”, “Signal”, “Rossİ” və “Novıy Rubej” şirkətləri, həmçinin “Kapustin Yar” poliqonunu idarə edən hərbi hissə sanksiyalara məruz qalıb.
Bizim.Media