Zelenski ABŞ a yeni səfir tapa bilmir Sibiqa

06.11.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Ukraynanın ABŞ-dakı yeni səfirinin təyin olunması məsələsi hələ də açıq qalır.

Turkustan.az xəbər verir ki, bu vəzifə təklif olunan bir neçə namizəd təyinatdan imtina edib, Prezident Volodimir Zelenski isə yeni namizəd barədə qərar verməyə davam edir.

Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukrayna radiosunun “Səfirlər” proqramına müsahibəsində bildirib.

ABŞ-da keçirilən seçkilərin səfir təyinatına mümkün təsirini şərh edən nazir bildirib ki, bu məsələdə siyasi vəziyyət deyil, namizədin peşəkar və şəxsi keyfiyyətləri əsas götürülür.

“Xeyr, bu seçkilərin səfir təyinatı ilə heç bir əlaqəsi yoxdur. Biz burada şəxsiyyətin miqyasını əsas götürürük. Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə layiqli namizəd tapmaq çox çətin məsələdir. Prezident bu barədə artıq açıq danışıb. Bu vəzifə bir neçə nəfərə, həqiqətən də güclü namizədlərə təklif olunub, lakin onlar imtina ediblər. Buna görə də məsələ hələ açıq qalır və Prezident qərar verməyə davam edir”, – deyə Sibiqa bildirib.

Nazir həmçinin səfirin olmamasının Ukraynanın diplomatik missiyasının fəaliyyətinə təsir göstərmədiyini vurğulayıb.

Aytən Yaşar/Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью