Zelenski: ABŞ Baydenin Ukraynaya söz verdiyi 20 min raketi Yaxın Şərqə göndərir

08.06.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biz Bayden administrasiyası ilə “Şahed”lərlə mübarizə aparmaq üçün Ukraynaya 20 min raket tədarükü barədə razılığa gəldik, lakin indi ABŞ həmin raketləri Yaxın Şərqə göndərmək qərarına gəlib.

APA xəbər verir ki, bu barədə Ukrayna Pezidenti Volodimir Zelenski "ABC News"-a müsahibəsində bildirib.

Volodimir Zelenski deyib ki, Ukrayna “Şahed” tipli hücum pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün 20 min raket alacağını gözləyirdi.

Onun sözlərinə görə, bu raketlərin Ukraynaya təhvil verilməsi ilə bağlı qərar Co Baydenin prezidentliyi dövründə verilib, lakin indi Donald Trampın prezidentliyi dövründə bu raketlər Yaxın Şərqə göndərilib.

“Biz ABŞ-ın əvvəlki administrasiyası ilə razılaşdıq ki, “Şahidlər”lə mübarizə aparmaq üçün Ukraynaya 20 min raket tədarük etsin. Bu, ucuz və xüsusi texnologiya idi. Biz onlara güvənirdik. Lakin ABŞ indi bu raketləri Yaxın Şərqə göndərmək qərarına gəlib. Bu səhər müdafiə nazirim mənə dedi ki, ABŞ onları Yaxın Şərqə köçürüb", - Ukrayna Prezidenti vurğulayıb.

Volodimir Zelenski eyni zamanda, ABŞ-ın yardımı olmadan Rusiyanın qələbə şansının yüksək olduğunu qeyd edib: “ABŞ yardımı olmasa, Rusiyanın qələbə şansı daha yüksəkdir və Ukrayna ağır itkilər verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью