Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edib və səfər çərçivəsində Prezident Donald Trampla görüşməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, bu barədə Zelenski Facebook hesabında paylaşım edib.
"Artıq Amerika Birləşmiş Ştatlarındayam. Proqramda Prezident Tramp, onun komandası və ölkəmizin müdafiəsini gücləndirə biləcək şəxslərlə görüşlər var. Əsas prioritetimiz hava və raketdən müdafiə sistemləri, eləcə də ABŞ ilə strateji əməkdaşlığın inkişafıdır. Sülh daha da möhkəmlənməlidir", – deyə, Zelenski bildirib.
Aytən Yaşar/ Turkustan.az