Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Əgər ABŞ bizə 5 faizlik pay satarsa, qışdan sağ çıxacağıq”
“ABŞ qışdan sağ çıxa bilməmiz üçün “Patriot” raket ehtiyatının 5 faizini bizə verməlidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.
"Əgər ABŞ bizə 5 faizlik pay satarsa, qışdan sağ çıxacağıq. Mənim 1 faizlik payım var", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna bu il 2025-ci ildəkindən 2,5 dəfə az “Patriot” raket tutucusu alıb.
Zelenski həmçinin daha çox raket əldə etmək üçün danışıqlar aparmağa çalışdığını etiraf edib. Lakin onların məzmununu açıqlamaqdan imtina edib.