Zelenski: ABŞ dan təhlükəsizliyimizə təminat aldıq

19.08.2025

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Ukrayna prezidenti Vladimir Zelenski Ağ evdə ABŞ və Avropa liderləri ilə görüşün nəticələrini şərh edib.
Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, V. Zelenski bu barədə özünün “Telegram” kanalında danışıb.
Onun dediyinə görə, Vaşinqtonda çox mühüm danışıqlar olub: “ABŞ prezidenti Donald Trampla bir çox məsələləri müzakirə etdik. Uzun söhbətlər zamanı ətraflı şəkildə fikir mübadiləsi aparıldı. Biz təhlükəsizlik təminatlarını müzakirə etdik. ABŞ-nın Ukraynanı dəstəkləməyə və onların bir hissəsi olmağa hazır olduğuna dair vacib siqnalı yüksək qiymətləndiririk”.
ELÇİN
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью